Haqqımızda

2017-ci il 4 dekabr tarixindən evinizin sakininə çevrilən, gündən-günə izləyiciləri artan, çox fərqli, texnologiyanın bütün imkanlarını özündə birləşdirən “Dalğa TV” öz saytını sizin xidmətinizə təqdim edir.


“Dalğa TV"də təqdim olunan yerli və xarici seriallar, eləcə də dünyada izlənmə rekordları qıran filmlər haqqında məlumatları "www.dalga.az" rəsmi saytımızdan oxuya bilərsiniz.


Xidmətimiz bununla bitmir. Siz "Dalğa TV"də qaçırdığınız film və serialları rahat şəkildə sadəcə bir düyməyə toxunaraq, saytda yüksək keyfiyyətlə izləyə biləcəksiniz.


Dünya film sahəsində öz sözünü demiş şirkətlərlə əməkdaşlıq edən “Dalğa TV" sizin rahat istirahətinizi düşünür. Siz burada ən son Amerika, Koreya, Hind seriallarını və filmlərini izləyə, kino aləmində baş verən yeniliklər haqqında məlumat əldə edə biləcəksiniz.


"Dalğa TV" sizin sevdiyiniz və görmək istədiyiniz simaları bir araya toplayır. "Dalğa TV"ni seçin, baxın, saytda bizi izləyin və rəy bölməsində fikirlərinizi yazmağı unutmayın. "Dalğa TV"nin Youtube kanalı da aktiv fəaliyyəti və daim yenilənməsi ilə xidmətinizdədir. Eləcə də, "Dalğa TV"ni bu sosial hesablardan;


Facebook – Dalga

İnstagram – @dalgatvofficial 

Youtube – Dalga TV yüksək səviyyədə izləyə bilərsiniz.


Sayta daxil olun, siz də Dalğaya qoşulun!

Dalga TV © 2017